Abşeronda ikmərtəbəli ev yandı

  • By admin
  • 14 Yanvar 2023 09:15

Abşeron rayonunun Mehdiabad qəsəbəsində ümumi sahəsi 200 m² olan (hər mərtəbəsi 100 m²) ikmərtəbəli evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 30 m² sahədə, mərtəbələr arası quraşdırılan taxta konstruksiyalardan ibarət pilləkən 8 m² sahədə və 2-ci mərtəbəsində dəhlizin döşəməsi 15 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yüksək temperaturdan 1-ci və 2-ci mərtəbələrdə 3 ədəd plastikdən ibarət qapı əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info