Abşeronda kabel oğruları tutuldu - FOTOLAR

  • By admin
  • 11 Noyabr 2016 16:36

ogru1

Abşeron polisi kabel oğrularını yaxalayıb. Kərpic zavodundan elektrik kabellərini oğurlayıb satan dəstə üzvləri ilə bizim çəkiliş qrupumuz da görüşüb.

Gununsesi.info xəbər verir ki, Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət edən vətəndaş Əliyev Mübariz Süleyman oğlu Mehdiabad qəsəbəsində yerləşən ona  məxsus kərpic zavoddan 4 min manat dəyərində elektrik kabelinin oğurlanması barədə məlumat verib. Daxil olmuş məlumat əsasında rayon polis idarəsinin və mehdiabad polis bölməsinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində həmin oğurluq cinayətini törətməkdə şübhəli bilinən Digəh qəsəbə sakinləri Məlikov Elşən Əli oğlu, Məmmədov Tapdıq Zeynalabdin oğlu və Malikov Fərman Bəybala oğlu saxlanılıb. Bir birinə qohum olan cinayətkar dəstənin üzvləri idarədə dindirilərkən törətdikləri cinayət əməlini etiraf ediblər. İlkin istintaq zamanı məlum olub ki, oğurluqla bağlı təklik Elşən Məlikovdan gəlib. Elşənin təklifi ilə qohumları onunla oğurluğa getməyə razılaşıblar.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir.

ogru ogru2

Gununsesi.info