Abşeronda qətl hadisəsi baş verib

Abşeronda qətl hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə gecə saatlarında Mehdiabad qəsəbəsində “Binəqədi Gənclər Şəhərciyi”ndə baş verib.

Belə ki, 1965-ci il təvəllüdlü kişi naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya aparılırarkən yolda ölüb.

Hadisəni törətdən şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Gununsesi.info