Dəhşət: - Yolu keçən ata və azyaşlı övladlarını maşın vurub

  • By Günel
  • 18 Yanvar 2025 21:04

Abşeronda yol-nəqliyyat hadisəsi baş verib, ikisi azyaşlı olmaqla 3 nəfər xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 33 yaşlı atanı və onun 6 və 7 yaşlı oğlanlarını avtomobil vurub.

Qəza zamanı hər 3 şəxs ağır xəsarət alıb.

Yaralılar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info