Abşeron Rayon İcra Hakimiyyətində Aprel döyüşlərində şəhidlik zirvəsinə yüksələn igidlərimizin ailələri ilə görüş keçirilib.
Rayon icra hakimiyyətindən Gununsesi.info-ya daxil olan xəbərdə deyilir ki, görüşdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və digər rəsmi şəxslər iştirak ediblər.
İcra başçısı əvvəlcə 2016-cı ilin aprel ayında ermənilərin təxribatından sonra baş verən döyüşlərdən danışıb: ““Aprel döyüşləri” Qarabağ müharibəsində dönüş nöqtəsi olub və beləliklə də ordumuzun gücünü nəinki düşmən, eyni zamanda onların havadarları da görüb. Tarixə “Aprel döyüşləri” kimi düşən və Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən savaşın sonunda Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olunub. Əsgərlərimiz bu döyüşlə cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında yaratdıqları mifləri və uydurmaları alt-üst etməyi bacarıblar”.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medallarına layiq görülən şəhid Həsənli Elçin Vaqif oğlunun əvvəllər yaşadığı Masazır kəndindəki evinə gedərək onun ailə üzvlərinə baş çəkiblər. Görüşdə E.Həsənlinin Vətən müharibəsində göstərdiyi şücaətlərdən söz açılmış, xatirəsi ehtiramla yad edilin.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Vətən Müharibəsi qazisi, “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülən Nağıyev Elşən Mirzəğa oğlunun doğum günündə iştirak etmişdir. Qazimizi təbrik edən RİH başçısı onun qayğıları və problemləri ilə maraqlanıb.