Abşeronda silahlı insident - İCRA HAKİMİYYƏTİNİN İŞÇİLƏRİ ATƏŞƏ TUTULUB

  • By admin
  • 17 İyul 2017 12:32

silahli insident

Abşeron rayonunda silahlı insident baş verib.

Gununsesi.info-nun “Report”a istinadən verdiyi məlumata görə, Abşeron Rayon İcra Hakimiyyətinin işçiləri Xırdalan şəhərində qanunsuz görülən inşaat işlərinin qarşısını almaq istəyən zaman ev sahibi onlara odlu silahdan bir neçə dəfə atəş açıb.

Abşeron Rayon Prokorurluğundan verilən məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.

Keçirilən əməliyyat zamanı ev sahibi, 75 yaşlı Namazov Eldar saxlanılıb. Ondan “Makarov” markalı tapança aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Gununsesi.info