Abşeronda yeni doğulan körpəsini asfaltın üstünə atan ana necə ələ keçdi? -RƏSMİ

  • By admin
  • 05 Fevral 2023 19:05

Prokruroluq əməkdaşları küçəyə atılan körpənin valideynlərini barkodlar əsasında tapıblar.

Gununsesi.info xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, yeni doğulan körpənin asfaltın üstünə atılması ilə bağlı yanvarın 30-da Cinayət Məcəlləsinin 121-ci (ananın yeni doğduğu uşağı qəsdən öldürməsi) maddəsilə Abşeron rayon prokurorluğunda cinayət işi başlanıb.

Keçirilmiş istintaq tədbirləri ilə üzərindəki barkodlar əsasında həmin torbaların Abşeron rayon sakini Rasim Qasımova məxsus olması, ekspertizalar nəticəsində isə mərhumun valideynlərinin Rasim Qasımov və Cəmilə Qasımova (ad və soyadlar şərtidir) olması müəyyən edilib.

Cəmilə Qasımova yanvarın 31-də şübhəli şəxs qismində tanınıb, ailə vəziyyəti və 4 azyaşlı uşağının olması nəzərə alınmaqla cəmiyyətdən tam təcrid edilməyərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

İbtidai istintaq davam etdirilir.

Gununsesi.info