Abşeronda yol qəzasında ağır xəsarət alan tələbə xəstəxanada ölüb

İki gün əvvəl Abşeronda yol qəzasına düşən Sumqayıt Dövlət Universitetinin 23 yaşlı tələbəsi xəstəxanada ölüb.

 

Gununsesi.info məlumat verir ki, mayın 12-də ağır yol-nəqliyyat hadisəsində xəsarət alan Sumqayıt Dövlət Universitetinin tələbəsi, 2001-ci il təvəllüdlü Məmməd Vüsal Allahbaxış oğlu Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

 

Aparılan tibbi müdaxilələrə baxmayaraq, o, bu gün xəstəxanda ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info