Abşeronda yüz minlik oğurluq

  • By admin
  • 16 İyun 2018 14:52
Abşeronda Asif Ağayev adlı şəxs oğurluq etdiyinə görə tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Abşeron RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun bu ilin yanvar-iyun ayları ərzində rayon ərazisindəki 17 evdən oğurluq etdiyi müəyyənləşib.
A.Ağayevin ümumilikdə 1900 manat, 6500 ABŞ dolları, 150 avro nağd pul, xeyli sayda qızıl-zinət və gümüş əşyalar, 2 ədəd kombi aparatı, 3 ədəd televizor, qol saatı, yataq dəsti, məişət, geyim əşyaları və təmir-tikinti alətləri oğurlaması da müəyyən edilib.