“Abzas Media” işi: Onların həbs müddəti yenə uzadıldı

  • By Günel
  • 06 Sentyabr 2024 17:17

“Abzas Media” işi üzrə saxlanılan Elnarə Qasımova və Fərid Mehralızadə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə qərar verib.

Gununsesi.info Axar.az – a istinadən xəbər verir ki, bu barədə Xətai rayon Məhkəməsində qərar qəbul edilib.

Qərara əsasən, hər iki şəxs barəsində həbs müddəti daha 2 ay uzadılıb.

Qeyd edək ki, ötən il noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 23-də isə direktor müavini Məhəmməd Kekalov, dekabrın 1-də isə saytının əməkdaşı Nərgiz Absalamova barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib.Daha “Abzas Media”nın daha bir neçə əməkdaşı həbs edilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qərarı verilib.

Gununsesi.info