AÇ – 2016: Albaniya İsveçrəyə məğlub oldu

  • By admin
  • 11 İyun 2016 23:30

Switzerland Albania

 

Avropa çempionatının “A” qrupu çərçivəsində ikinci oyun keçirilib.

Gununsesi.info xəbər verir ki, Fransanın Lens şəhərində Albaniya və İsveçrə milli komandaları qarşılaşıb. Matçın 5-ci dəqiqəsində İsveçrə millisinin futbolçusu Fabian Şar hesabı açıb.

Qarşılaşmanın ikinci hissəsində hesab dəyişməyib. Beləliklə, tarixində ilk dəfə Avropa çempionatının final mərhələsində mübarizə aparan Albaniya millisi 0:1 hesabı ilə məğlub olub.   (APA)