AÇ-2024-ün rəmzi komandası açıqlandı

  • By ilhame
  • 16 İyul 2024 19:23

UEFA AÇ-2024-ün rəmzi komandasını açıqlayıb.

 

Gununsesi.info-nun məlumatına görə, heyətdə İspaniya millisinin 6, Fransa yığmasının 2, İsveçrə, Almaniya və İngiltərə komandalarının isə hərəyə 1 futbolçusu yer alıb.

 

Qapıçı: Mayk Menyan (Fransa);

 

Müdafiəçilər: Kayl Uoker (İngiltərə), Manuel Akanji (İsveçrə), Uilyam Saliba (Fransa), Mark Kukurelya (İspaniya);

 

Yarımmüdafiəçilər: Rodri, Daniel Olmo, Fabian Ruis (hamısı İspaniya);

 

Hücumçular: Lamin Yamal, Niko Uilyams (hər ikisi İspaniya), Camal Musiala (Almaniya).

 

Qeyd edək ki, AÇ-2024-ün çempionu İspaniya millisi olub. Komanda finalda İngiltərəyə 2:1 hesabı ilə qalib gəlib.

Gununsesi.info