
Bakıda aptekdən oğurluq olub.
Gununsesi.info-nun məlumatına görə, hadisə Yeni Günəşli qəsəbəsində qeydə alınıb.
Bir nəfər aptekdən 100 manat dəyərində uşaq yeməyi oğurlayıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən 21 yaşlı İlkin Məmişov tutulub.
O, övladı ac qalmasın deyə bu addımı atdığını bildirib.
Bu arada polis tərəfindən saxlanılan ataya 20 sutka həbs verilib.
Gununsesi.info