
Prezident İlham Əliyev “Bilik Günü” Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev adına küçədə yeni tikilmiş 311 saylı tam orta məktəbin açılışını edib.
Gununsesi.info xəbər verir ki, bundan az əvvəl prezidentin məktəbə gəlişinin şərəfinə, “Azəyolservis” və Sabunçu Rayon İcra Hakimiyyətinin əməkdaşları məktəbin ətrafını asfaltlanması üçün müvafiq tədbirlər görüblər. Lakin buna baxmayaraq, qəsəbədən sözügedən məktəbə aparan digər küçələrin yollarının heç birinə asfalt örtüyü çəkməyiblər. Yolda təmir-tikinti işlərinin həyata keçirənlər sakinlərə bildiriblər ki, məktəbin açılışından sonra ərazidəki küçələrin hamışında yollara və səkilərə tam şəkildə asfaltl örtük çəkiləcək. Bu haqda gununsesi.info-ya müraciət edən qəsəbə sakinləri və valideyinlərdən Mirəhəd Ağayev, Turab Zeynalov, Zəki Əhmədov, İlham Məmmədov, Qalib Əliyev və başqaları əməkdaşımızla söhbətində bildiriblər ki, təmir-tikinti işlərini həyata keçirənlər “qaş qayıran yerdə, gözü də çıxarıblar”. Belə ki, yenisini həyata keçirərkən, pis-yaxşı küçələrin indiyədək olan asfalt örtüyünü də sıradan çıxarıblar: “Qəsəbədə məktəbin yerləşdiyi Elşən Mehdiyev küçəsinin yollarını və səkisini cüzi abadlaşdırsalar da, digər küçələrin yol və səkiərini bərbad vəziyyətə qoydular. Sanki küçələrimizə yamaq salıblar. Heç saldıqları asfalt örtüyü də standartlara uyğun deyil. Altından da kabel keçir. Söz verdilər, lakin verdikləri sözü indiyədək də yerinə yetirmədilər. Dövlətin ayırdığı pullar küçə və yolların abadlaşdırılmasına ayrılsa da, təmir-tikinti işlərini aparanların gördükləri iş göz qabağındadır”-, deyə onlar etirazlarını dilə gətiriblər.
Gununsesi.info