Açıq homoseksual Edqar Rinkeviç Latviyanın prezidenti seçilib

  • By admin
  • 31 May 2023 22:06

Latviyanın hazırkı xarici işlər naziri və siyasətin veteranı Edqars Rinkeviç Latviyanın prezidenti seçilib. Seymin 52 deputatı onun lehinə səs verib.

Bu barədə Gununsesi.info BBC-yə istinadən xəbər verir.

“Çox danışmaq istəmirəm, amma indi bir tərəfdən Latviyanın çətin vəziyyətdə olduğu bir məqamdır. Digər tərəfdən prezident seçkiləri xokkeyçilərimizin bürünc qazanmasından sonra baş tutub. Mən isə prezident və xokkeyçi olmaq arzusunda olan və bəlkə də bunun mümkün olmadığını düşünən o balaca oğlan və qızlara demək istəyirəm ki, həmişə özünüzə inanın və öz arzularınızın arxası ilə gedin, belə olan halda , hətt da mümkün olmuyan arzular gerçəkləşir. Cəhd edin və uğur qazanacaqsınız !”- Edqar Rinkeviç səsvermənin nəticələrini elan etdikdən sonra deyib.

Müxaliflər Rinkeviçi başqa şeylərlə yanaşı, onun gey olması ilə ittiham ediblər. Yeri gəlmişkən o bunu gizlətmir. Eynicinsli nikahların qanuniləşdirilmədiyi bir ölkə üçün bu problem ola bilərdi. Amma olmadı.

Gununsesi.info