Açıq məkanda reklamları icazəsiz dəyişdirənlərin cərimələnməsini nəzərdə tutan qanun qüvvəyə minib

  • By admin
  • 20 Fevral 2018 19:42


Azərbaycan prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təsdiqləyib.

APA-nın məlumatına görə, İnzibati Xətalar Məcəlləsində aşağıdakı məzmunda 395.1-1-ci maddə əlavə edilib:

“Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan ölçülərindən asılı olmayaraq açıq məkanda reklam qurğularının tikintisinə, quraşdırılmasına və onlara konstruktiv dəyişikliklərin edilməsinə görə –

fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.”.

 

Gununsesi.info