SOCAR “Azəriqaz” İB-nin bölgələrdə təşkil etdiyi “Səyyar qəbul otağı” Kürdəmir rayonunda qurulub.
Aksiyada ümumilikdə 5 müraciət ünvanlanıb. Müraciətlərdən biri ödənişlə bağlı bildirişin gecikməsi digəri isə debitor borcun araşdırılması ilə bağlı olub. Aksiyaya qatılan digər 3 sakin isə SOCAR “Azəriqaz” İstehsalat Birliyində işə qəbulla bağlı müraciətlərini ünvanlayıblar.
Ünvanlanan müraciətlərlə əlaqədar Birliyin Ağsu Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən vətəndaşlara lazımi izahatlar verilib.
Gununsesi.info