“Açıq mikrofon” aksiyası Quşçu kəndində keçirildi

SOCAR-ın “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Daşkəsən rayonunun Quşçu kəndində təşkil olunub.

Kənd camaatının aksiyada ünvanladığı müxtəlifyönümlü müraciətlərin sayı 10-dan çox olub. Abonentlərdən 3 nəfər fərdi qaz tənzimləyicisinin nasaz olmasını Birliyin rəhbər şəxslərinin diqqətinə çatdırıb.

Çıxış edən 2 nəfər sakin isə qaz sayğacının yerinin dəyişdirilməsini xahiş edib. Küçə qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı isə 1 müraciət ünvanlanıb.

Şəmkir RQİİ-nin rəhbər şəxsləri səslənən problem və təkliflərin yerində araşdırılaraq Birliyin səlahiyyətləri çərçivəsində həllinə nail olunacağını bildiriblər.

Возможно, это изображение 8 человек и кларнет

Возможно, это изображение 2 человека

Возможно, это изображение 1 человек

Возможно, это изображение 4 человека

Возможно, это изображение 8 человек и кларнет