“Açıq mikrofon” Qubada təşkil olunacaq

  • By admin
  • 27 Aprel 2022 11:03

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində növbəti “Səyyar qəbul otağ”ı bu dəfə Quba rayonunun Barlı kəndində təşkil olunacaq.

Gununsesi.info-nun “Azəriqaz”a istinadən verdiyi məlumata görə, aprelin 28-də saat 12:00-dan 13:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək.

Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Gununsesi.info