“Açıq mikrofon” Şəkidə keçiriləcək

  • By admin
  • 20 May 2022 11:23

Sabah Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin növbəti “Açıq mikrofon” aksiyası keçiriləcək.

Gununsesi.info-nun “Azəriqaz”a istinadən verdiyi məlumata görə, bu dəfə “Səyyar qəbul otağ”ı Şəki rayonunun Qumux kəndində təşkil olunacaq.

Saat 14:00-dan 15:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək.

Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Gununsesi.info