“Açıq mikrofon”da bu dəfə Birliyin həllinə nail olduğu müraciətlərdən danışıldı - FOTOLAR

SOCAR “Azəriqaz” İB-nin bölgələrdə keçirdiyi “Açıq mikrofon” aksiyası Göygöl rayonunda baş tutub.

“Səyyar qəbul otağı”nda ümumilikdə 6 abonent iştirak edib. Hacıməlik kənd sakini Ruhanə Piriyeva küçə qaz xəttinin yenisi ilə əvəzlənməsini istəyib. Qalan 5 nəfər Birliyin operativ fəaliyyəti sayəsində problemlərinin keçmişdə qaldığını bildirərək ölkə başçısı və SOCAR “Azəriqaz” İB-nin rəhbərliyinə təşəkkürlərini ünvanlayıblar.

HTML tutorial

Əvvəldə qeyd etdiyimiz Hacıməlik kənd sakinin müraciəti isə qeydə alınaraq aidiyyəti üzrə yönləndirilib.

Gununsesi.info