Gununsesi.info axşam.az-a istinadən xəbər verir ki, aparıcı Zaur Kamal Xatirənin sonuncu konsertində geyindiyi açıq libasından danışlb. Aparıcı sosial şəbəkədə Xatirəyə paltarla bağlı yaşılan şərhləri səsləndirib.

Xatirə açıq paltarı haqda deyilənlərə belə cavab verib:

“Bəsdirin də… O qədər oğlan kimi xasiyyətim var ki, hərdən açıq-saçıq geyimlərimdən özüm də utanıram. Özümə deyirəm ki, az, bəs deyil? Amma o da lazımdır, səhnə bunu istəyir. Elə məkan var onun yeri yoxdur. Elə səhnə var ki, o paltarı istəyir. Adi həyatda yayda şortik də geyinmişəm”.

Gununsesi.info