Aclığın qalib gəldiyi xəstəlik -XƏRÇƏNG

  • By admin
  • 25 İyul 2017 10:18

585S63H

Son illər qida sənayesinin yaratdığı sünü məhsullar xərçəng xəstəliyinin cavanlaşmasına səbəb olub. Alimlərinin fikrincə, azkalorili orqanik qida məhsulları orqanizmdə xərçəng hüceyrələrinin bölünməsinin qarşısını alır. Müalicəni sürətləndirir.

Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, əgər insanlar qidalanma texnologiysında köklü dəyişikliklər etməzsə, bu bəşəriyyətin məhvinə aparacaq. Süni qida sənayesinin istehsalı olan məhsullar bir baaşa xərçəngin qol-qanad açmasına xidmət göstərir. Beləliklə də,  az və təbi məhsullarla qidalaanma orqanizmdə şişlərin öz-özünə yox edir. Normal hüceyrələr isə orqanizmə çox az qida daxil olduqda belə, bölünmə qabiliyyətinə malikdirlər. Tədqiqatçılar orqanizmin məhdud miqdarda enerji aldığı şəraitdə hüceyrələrin artımının riyazi modelini qurublar. Aydınlaşıb ki, xərçəng hüceyrələri belə şəraitdə sürətlə artmaq iqtidarında deyillər, bu zaman onlar ya ləng artırlar, ya da məhv olurlar.  Sınaq təcrübəsi aparan alimlər iddia edirlər ki, tez-tez yemək piylənmə və qeyri-rasional qidalanma xərçəngin inkişafına xidmət edir.

Xərçəngə qarşı necə qidalanmalı, onun qarşısını necə almalı və müalicə müddətində nələrə diqqət etməli? C vitamini ağız boşluğu, yemək borusu və mədə xərçənginə qarşı qoruyucu vasitədir. Ona görə də bu vitaminlə zəngin olan məhsulları yemək faydalıdır. Təzə portağal, kök, boranı, təzə kartof və ispanaq kimi məhsullar da bu xəstəliyin düşmənidir. Lakin beta-karoteni də həddindən artıq qəbul etmək olmaz. Bu  ağciyər xərçənginə səbəb ola bilər. Quru acı bibərin isə bəzi növləri xərçəng xəstəliyi əmələ gətirir. Acı bibər orqanizmin immunitet sistemini gücləndirsə də, tərkibində aflatoksin maddəsi olduğundan bu maddə qaraciyər xərçənginə səbəb olur.

Tədqiqatçı həkimlərin gəldiyi nəticəyə görə, xərçəng qədim dövrlərdə çox nadir xəstəlik olub və ona praktik olaraq rast gəlinməyib. Bu gün artıq xərçəng təbii səbəblərdən yaranan xəstəlik sayılmır.  Alimlər sivilizasiya ilə təması mümkün qədər minimuma endirməyi tövsiyə edirlər. Onların qənaətincə, bu, öz sağlamlığını təmin etmənin yeganə yoludur. Onlar iddia edirlər ki, qidalanmada nə qədər çox yaşıl məhsullardan istifadə edilsə, həyatınız da yaşıllaşaq, orqnizminiz cavanlaşacaq.

Bitkilərin quruluşunda olan bəzi kimyəvi birləşmələr bitkiləri bakteriyalar, viruslar və göbələkdən qoruyur. Soya qabıqları, armud, kərəviz, zeytun, mərci, sarımsaq, yaşıl çay da xeyirlidir. Tərkibində Omeqa-3 yağ turşuları olan qidalar, dəniz məhsulları da prostat xərçənginin qarşısını alır.

Sarımsaq özü çox faydalıdır, orqanizmi infeksiyalardan, mədə, bağırsaq, yemək borusu və ağciyər xərçəngindən qoruyur. Çalışın gurultulu musiqilərdən uzaq olun. Araşdırmalar belə musiqilərin də xərçəngə yol açdığını göstərir. Klassik musiqiyə üstünlük verin.

Siqaret, qırmızı ətdən çox istifadə etmək, köklük xərçəngin meydana gəlməsi üçün əlverişli mənbələrdir. Virus və bakteriyalar, ətrafdakı kimyəvi maddələr, hərəkətsizlik, immun çatışmazlığı, radiasiyaya məruz qalmaq xərçəngə şərait yaradır. Xərçəng xəstəliyindən qorunmaq üçün daim təzə meyvə-tərəvəzlə qidalanmaq gərəkdir.

Alma – 5-24 faizə qədər şəkər, 1,3 faizə yaxın üzvü turşular (alma, limon, kəhrəba), pektin və aşı maddələri, B və C vitaminləri, karotin, mineral maddələrdən isə kalium, natrium və dəmir duzlarla zəngin olan almanın tərkibində olan şəkərin əsas hissəsini qlükoza və fruktoza təşkil edir ki, onlar da ürək damar sistemi üçün çox faydalıdır. Gündə ən azı 2 ədəd alma (qabığı ilə birlikdə) yesəniz, onlarla xəstəlikdən sığortalanmış olacaqsınız.

Nar – Xərçəng xəstəliyindən qorunmaq üçün ən effektiv vasitələrdən biri nar şirəşidir. Tərkibindəki maddələr səbəbilə qandakı xolesterolu və şəkərin miqdarını tənzimləyir. Buna görə də gündə bir stəkan təzə sıxılmış nar şirəsi içmək və ya 2-3 ədəd nar yemək lazımdır.

Qara üzüm – Son on ildəki araşdırmalar qara üzümün xərçəngə qarşı əhəmiyyətli bitki olduğunu üzə çıxarıb. Üzüm həmçinin qan-damar xəstəliklərindən də qoruyur. Maraqlıdır ki, qara üzümün çəyirdəyi və qabığı ilə birlikdə yeyilməsi daha məqsədəuyğun sayılır.

Böyürtkən – Tərkibindəki “eliagic asit” maddəsi xərçəng xəstəliyi törədən hüceyrələri məhv edir. Böyürtkən yarpaqları da çox xeyirlidir və çay şəklində istifadə edilir. Tərkibində müxtəlif xeyirli maddələr var, bunlardan alma və limon turşularını, C vitaminini, karotini, az miqdarda B1 vitaminini, həmçinin çoxlu miqdarda qlükoza, fruktoza, saxaroza şəkərlərini göstərə bilərik.

Gilas – Tərkibində bol miqdarda “flavon” deyilən lazımlı bir maddə var. Xərçəngin əmələ gəlməsinə və inkişaf etməsinə mane olur. Xüsusilə də dəri, döş, ağciyər və qaraciyərdə əmələ gələn xərçəng xəstəliyinə qarşı təsirlidir.

Qarpız-  A və C vitamini ilə zəngindir. Tərkibindəki maddələr bədənimizi xərçəngə qarşı qoruyur və vücudumuzu toksik maddələrdən təmizləyir.

Qırmızı turp -Əsasən ağciyər və döş xərçəngi riskini azaldır. Buna görə də yemək zamanı bol miqdarda turp yemək məsləhətdir.

Qırmızı bibər – C vitamini ilə çox zəngindir. C vitamini  “xərçəngli”  hüceyrələrin  böyüməsinə  mane olur və toxumaları zərərli maddələrdən qoruyur.

Pomidor –Tərkibindəki  “likopen” maddəsi  ağciyər və döş xərçəngindən  qoruyur. Həmçinin prostat problemlərini 40%-dək azaldır.

Sarımsaq – Xərçəngin yayılmasının qarşısını alır. Tərkibindəki selenium triptopan kimi xərçəng hüceyrələri ilə mübarizə aparır. Heyvanlar üzərində aparılan təcrübələr nəticəsində məlum olmuşdur ki, sarımsaq mədə, döş, bağırsaq, qida borusu, prostat və dəri xərçənginin yaranması və yayılmasına mane olur. Ona görə də gündə 2-3 diş sarımsaq yemək məsləhətdir.

Yerkökü – Gündə 2 stəkan yerkökü suyu içmək prostat xərçəngi riskini 20 faiz azaldır. Tərkibindəki “betakaroten” maddəsi ağız, qida borusu və mədə xərçənginə qarşı qoruyur.

Avokado – Tərkibindəki qlutation maddəsi çox təsirli bir hüceyrə qoruyucusudur, çünki ən yaxşı antioksidantdır. Antioksidantlar hüceyrələrin “qocalması” prosesini zəiflədir və xərçəng riskini azaldır.Bütün meyvələr arasında protein baxımından ən zəngin meyvədir. “E” və “B6” vitamini ilə də zəngindir.

Kələm – Çox miqdarda “B”, “C” və “E” vitamini ilə zəngin kələm xüsusilə döş və bağırsaq xərçənginə qarşı effektivdir. Zəhərli maddələrin bədəndən çıxmasını təmin edir, qandakı şəkərin miqdarını azaldır, sarılıq xəstəliyinə qarşı təsirlidir. Aparılan araşdırmalar göstərib ki, həftədə bir dəfə kələmlə qidalanmaq bağırsaq xərçəngi riskini 66 faiz azaldır.

Portağal – C, B və E vitamini ilə zəngin olduğundan xərçəngə qarşı xüsusilə effektivdir. Bununla yanaşı, kökəlməyin də qarşısını alır. Ürək xəstəlikləri ilə mübarizə aparmaq üçün məsləhətli meyvədir. 

 Gülnaz Qənbərli

Gununsesi.info