
TV8 kanalının rəhbəri, məşhur aparıcı Acun Ilıcalının İngiltərənin “Hall Siti” klubunu almaq üçün ödəyəcəyi məbləğ məlum olub.
Gununsesi.info xəbər verir ki, bu barədə “The Atletic” məlumat yayıb. Son 6 ayda “Hall Siti”nin sahibi olmaq üçün sənədləşdirmə işləri ilə məşğul olan Acun İngiltərə təmsilçisinə görə 24 milyon avro xərcləyəcək. Xəbərdə o da bildirlib ki, 24 saat ərzində Acunun “Hall Siti”ni aldığı rəsmi şəkildə açıqlanacaq.
Qeyd edək ki, “Hall Siti” hazırda Çempionşipin turnir cədvəlində 23 xalla 19-cudur.
Gununsesi.info