
İngiltərə mətbuatı Türkiyənin tanınmış işadamı Acun İlıcalının sərvəti haqqında yazıb.
Özəl həyatı gündəmdən düşməyən İlıcalı bir çox sahələrdə yatırım etməsi ilə adından söz etdirməkdədir. “Exxen”, “Survivor” kimi layihələrin, eləcə də futbol, media və digər sahələrdə yatırımların sahibi olan İlıcalı sonuncu dəfə “Hull City” klubunu alması ilə dünyanın gündəminə gəlmişdi.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ingilis mətbuatı türk yatırımçının dəqiq sərvətinin 100 milyon dollar olduğunu yazır.
“TV8”, “TV8,5” televiziyalarının sahibi olan İlıcalı 8 ölkədə proqram gerçəkləşdirir.
Tərcümə: Arzu