Acun ona 165 min ödəməli olacaq

  • By admin
  • 02 Aprel 2021 22:03

Türkiyənin məşhur “Duman” rok qrupunun solisti Kaan Tangöze ilə aparıcı Acun Ilıcalı arasında baş verən məhkəmə çəkişməsi yekunlaşır.

Gununsesi.info xəbər verir ki, dünən İstanbul Fikri və Sənaye Hüquqları Məhkəməsində keçirilən iclasda ekspert hesabatı oxunub.

HTML tutorial

Məruzədə icazəsiz istifadəyə görə kompensasiya məbləğinin artırılması və məşhur sənətçiyə 165 min TL ödənilməsi ifadə edilib.

Kaan Tangözenin vəkili Eylem Akkayalı qeyd edib ki, sənətçinin 10 mahnısı “O səs Türkiyə” və “O səs Türkiyə- Uşaqlar” yarışmasında icazəsiz olaraq dəfələrlə ifa edilib.

Gununsesi.info