Acundan Hadisəyə ağır zərbə - "O SƏS TÜRKİYƏ"NİN MÜNSİFLƏRİ DƏYİŞİR

  • By admin
  • 04 İyul 2017 11:00

o-ses-turkiye-2

“O səs Türkiyə”nin seçim turları artıq başlayıb. 

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, çəkilişlər başlamadığı üçün münsiflər heyətinin də kimliyi hələ gizlidir.

TV8-ə yaxın mənbələr bildirir ki, telekanalın rəhbəri və aparıcı Acun İlıcalı müğənni Murad Bozdan başqa bütün münsifləri dəyişir. O, Sibel Can, Hadise, Gökhan və Hakan Özoğuz qardaşlarının yerinə artıq yeni adlara təklif göndərib. İlk təklif göndərilənlərdən biri isə müğənni Yıldız Tilbedir.

Ötən il çempion olan Hadisə isə münsifər heyətindən uzaqlaşmasına şok olub. O, “Şampiyon” albomunu təqdim etdiyi gün bu xəbəri eşidincə kefi pozulub.

Gununsesi.info