Adam bıçaqlamaqda şübhəli bilinən şəxslər tutulub

  • Müəllif: admin
  • 22 Fevral 2017 11:45

bicaq

Ağdam rayon sakinini xəsarət yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, fevralın 21-də Binəqədi rayonunun Biləcəri qəsəbəsi əraziasindən Ağdam rayon sakini Emin Məmmədov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Alxasov tutulub.

Anar
Gununsesi.info