“Adam deyillər, səy yığınıdır” XALQ ARTİSTİ QƏZƏBLƏNDİ

  • By admin
  • 16 Dekabr 2016 16:10

faiq

Xalq artisti Faiq Ağayevə qarşı təxribat edilib.
Gununsesi.info-nun məlumatına görə, bunu F.Ağayev özünün “Facebook” səhifəsində məlumat yayıb.
O bildirib ki, dekabrın 29-da və 30-da Heydər Əliyev Sarayında baş tutacaq konserti ilə bağlı saxta biletlər satışa çıxarılıb:
“Belə də zülm olar? Konsert keçirəcəyim haqda xəbəri eşidər-eşitməz yenə köhnə üsullara əl atıb, hücuma keçiblər. İşimə pəl vurmaqdan ötrü bilmirlər daha nələr etsinlər. Bir həftədir ki, dövriyyəyə su qiymətinə saxta “dəvətnamə” atıblar – susuram. İndi də başlayıblar şayiə buraxmağa ki, guya konsertdə fonoqramla oxuyacağam. Gözünüz nə vaxt doyacaq? Dil-ağzınız nə vaxt yalanlardan usanacaq? Adam deyillər, səy yığınıdır. Camaatı gic yerinə qoymusuz? Kiriyin də”.

Gununsesi.info