“Adam var ki, 100 manat verib testdən keçmək imkanı yoxdur” – Deputat

  • By admin
  • 24 Noyabr 2020 15:27

“Pandemiya bu gün hər kəsi narahat edir. İnsanlar testin qiymətinin çox olduğunu nəzərə alaraq testdən keçmir. Elə adam var ki, 100 manat verib testdən keçmək imkanı yoxdur”.

Gununsesi.org xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin deputatı Sabir Rüstəmxanlı deyib.

Onun sözlərinə görə, koronavirus testinin qiymətinə yenidən baxılmalıdır:

Gununsesi.org