Adama deyərlər ki, ay müsəlman oğlu müsəlman… - PƏRVİZ HƏŞİMLİ YAZIR

  • By admin
  • 11 İyun 2024 11:29
Müharibənin dəhşətindən qaçaraq, firavan həyat üçün Avropaya gedən müsəlmanlar getdikləri ölkədə sosial təminatlarından tutmuş, səhiyyə, təhsilə qədər bütün imkanlara malik olurlar.
Namazlarını da qılırlar, dini etiqad azadlıqlarına da bir şey deyən yoxdur.
Di gəl, hansısa qrup islam əleyhinə bir mitinq keçirirsə, oraya basqın edib adam bıçaqlayırlar. Sonuncu belə olay Almaniyanın Mannheim şəhərində olub.
Adam deyərlər, ay müsəlman oğlu müsəlman,niyə Suriyanı tərk edəndə Ərəb Əmirliklərinə, İrana, Səudiyyəyə getmirdin?
Kansler Olaf Şolz isə artıq dözməyib bəyan edib: “Belə cinayətkarlar Suriya və Əfqanıstandan gəlsələr belə, deportasiya edilməlidir. Ağır cinayətlərdə iştirak edən və terror təhlükəsi yaradanların burada yeri yoxdur. Almaniyanın maraqları cinayətkarların müdafiə hüququndan üstündür”.
Liberal dəyərlədən danışan bəzi dostlarımız bəlkə də buna görə Almaniya kanslerini qınayar.
Amma razılaşaq ki, Avropa qitəsində qurulan bu demokratik dövlətlər az qala bütün dünyanın yükünü çiynində daşıyır.
Bütün qitələrdən qaçıb yaxşı həyat axtaranlar Avropaya axın edir.
Ona görə də getdikləri ölkənin dəyərlərinə, qanunlara hörmət etmək onların başlıca vəzifəsi olmalıdır.
Pərviz Həşimli
Gununsesi.info