
Adanada Fətullahçı Terror Təşkilatının (FHTT) dövlət çevrilişinə cəhdə təşəbbüsüylə əlaqədar ədliyyəyə sövq edilən 28 hakim və prokurordan 23-ü həbs olunub. Gununsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, Adana Prokurorluğu Mətbuatla xidmətindən verilən məlumata görə, İyulun 15-də dövlət çevrilişinə cəhdin qarşısı alındıqdan sonra FHTT istiqamətində istintaq başladıldı. Hakimlərin və prokurorların Ali Təşkilatı tərəfindən nəzarətə alınanların ədliyyəyə sövq edildiyini təsdiqləyən açıqalamada, Adana Ədliyyəsi ilə Adana Region İdarə Məhkəməsində vəzifəli, FHTT üzvülüyündə şübhəli bilinən 28 hakim və prokuror, Baş Prokurorluq tərəfindən ifadələrinin alınmasının ardından həbs tələbiylə Sülh Cəza Hakimliyinə sövq edilib, sorğuları tamamlanan şübhəli hakim və prokurorlardan 23-ü həbs olunarkən, 5 adam haqqında isə məhkəmə nəzarət qərarı verilib.
Gülnaz Qənbərli