Adanada FETÖ əməliyyatı: 19 NƏFƏR SAXLANILDI

  • By admin
  • 16 Noyabr 2016 12:03

adana
Türkiyədə Fətullahçı Terrör Təşkilatı/Paralel Dövlət (FETÖ/PYD) qarşı aparılan istintaq-əməliyyat tədbirləri çərçivəsində daha 19 nəfər şübhəli nəzarətə götürülüb.
Gununsesi.info-nun “Akşam” qəzetinə istinadən xəbər verir ki, Adana rayon prokurorluğunun təlimatı üzrə Təhlükəsizlik, Terrorla Mübarizə, Qaçaqçılıq və Mütəşəkkil cinayətlərlə mübarizə üzrə şöbə müdirliyinin əməkdaşları, Adanada fəaliyyət göstərən “Kimsə Yox Mu?” dərnəyi daxil olmaqla, daha 20 ünvanda əməliyyat həyata keçiriblər.
Əməliyyat zamanı 4-ü qadın olmaqlar, ümumilikdə 19 nəfər saxlanılıb. Şübhəlilər tibbi müayinədən keçirildikdən sonra Adana Təhlükəsizlik idarəsinə aparılıb.
Anar
Gununsesi.info