Adanada törədilən partlayışda 2 nəfər ölüb, 16 nəfər yaralanıb - FOTOLAR

  • By admin
  • 24 Noyabr 2016 10:10

adana

Türkiyənin Adana şəhər Valiliyi binasının qarşısında törədilən partlayış nəticəsində 2 nəfər ölüb, 17 nəfər yaralanıb.

Gununsesi.info  Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Mahmut Demirtaş bildirib.

Onun sözlərinə görə, ölən iki nəfər dövlət məmurudur.

Adana valisi deyib ki, partlayış Türkiyə vaxtı ilə saat 08.05-də törədilib: “Partlayışı bir qadının törətdiyi ehtimal edilir”.
***

09:50

Türkiyənin Adana şəhəri Valiliyinin binası qarşısında partlayış olub.

Gununsesi.info NTV-yə istinadən xəbər verir ki, partlayış avtoparkda baş verib.

Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşını və polis əməkdaşı cəlb edilib.

Məlumata görə, partlayış nəticəsində 1-i ağır olmaqla 5 nəfər yaralanıb və avtomobil dayanacağındakı çoxlu sayda maşın yanıb.

İlkin ehtimala əsasən, partlayış avtomobilə yerləşdirilən bombanın partladılması nəticəsində törədilib.

Türkiyənin Avropa İttifaqı üzrə naziri Ömər Çelik “Twitter” səhifəsində yazıb ki, partlayış nəticəsində çoxlu sayda insan yaralanıb.

adana-2 adana-3

Gununsesi.info