ADDA-ya yeni prorektor təyin edildi

  • Müəllif: Şəbnəm
  • 25 Sentyabr 2026 10:49

İradə Əli qızı Süleymanova Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) Tədrisin təşkili və idarəedilməsi üzrə prorektoru təyin olunub.

Gununsesi.info  xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Qeyd edək ki, İradə Süleymanova 2014–2024-cü illərdə Bakı Dövlət Universitetinin SABAH Mərkəzinə rəhbərlik edib. O, 2024–2026-cı illərdə Qarabağ Universitetinin Tələbələrlə İş şöbəsinin müdiri vəzifəsində çalışıb.

 

Vüsal Artyom 

Gununsesi.info