Uzun illərdir Los-Ancelesdə yaşayan britaniyalı müğənni Adel ölkəsinə geri dönür.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Amerikada 7 milyon dollara aldığı evi tərk etmək niyyətində olan Adelin bundan sonra Londonda yaşayacağı bildirilir.
İfaçıya yaxın mənbənin sözlərinə əsasən, onun vətəninə geri dönməsinin iki səbəbi var.
Bunlardan biri Adelin səsinin batması və dincəlmək istəməsidir.
İkinci səbəb isə il yarımdır prezident olan Donald Trampdır. Belə ki, Adel Amerikanın prezidenti postunda Hilari Klintonu görürmüş.
Qeyd edək ki, sənətçi bu yaxınlarda dünya turuna çıxmışdı. Onun sonuncu konserti Londonda olmalı idi. Lakin səs tellərinin zədələnməsi səbəbindən Adelin konserti təxirə salınıb.
Gununsesi.info