Adı işgəncədə keçən zabit danışdı - ÖZƏL

  • By admin
  • 06 Aprel 2023 11:29

Vəkil Bəhruz Bayramov “Tərtər İşi” çərçivəsində mühakimə olunan zabit Ziya Kazımovun ictimaiyyət üçün açıqlamasını Gununsesi.info-ya təqdim edib.

Qeyd edək ki, Ziya Kazımov bir qrup hərbçiyə  işgəncə verməkdə ittiham olunur.

Onun açıqlamasını təqdim edirik:

“O hərbçilərə qarşı heç bir işgəncə əməliyyatında iştirakım olmayıb. Mənə sadəcə göstəriş gəlmişdi ki, otaq hazırlayım. Yuxarı komandanlqıdan gələn göstəriş idi. Mən o otağı nə üçün istədiklərini bilmədim. Sonradan maskalı şəxslər gəlib, bir nəfəri orada döydülər. Bunu bilən kimi zəng edib aidiyyatı şəxslərə məlumat vermişəm. Hər hansı işgəncə əməliyyatında iştirakım olmayıb. O hərbçilərin mənim xidmət etdiyim sahəyə hər hansı aidiyyatları yoxdur”. 

Xatırladaq ki, mayor Z.Kazımov 09 noyabr 2020-ci il tarixində hospitala qəbul olunduğu gün Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs edilib.

Ziya Kazımov Hadruta ilk daxil olan komandirlərdən biri olub. O, həmçinin Cəbrayıl-Füzuli, Cəbrayıl-Hadrut, Hadrut-Füzuli yolunun tam təhlükəsizliyini mühafizəsini təmin edib.

Sonradan vəkilin vəsatəti əsasında onun barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

 

Günel

Gununsesi.info