Adı işgəncədə keçən zabitdən sensasion açıqlamalar: “Gəldim ki, yerdə can verir, ürəyini masaj etsəm də keçindi” - ZİYA KAZIMOVUN MƏHKƏMƏ İFADƏSİ "GÜNÜN SƏSİ"NDƏ

  • By admin
  • 14 İyul 2023 00:19

Tərtərdə yüzlərlə hərbçiyə qarçı işgəncə verməkdə ittiham olunan daha bir qrupun cinayət işi üzrə məhkəmə prosesi  davam edib.

Gununsesi.info hazırda barəsində ev dustaqlığı seçilən təqsirləndirlən mayor Ziya Kazımovun məhkəmə çıxışını əldə edib.

Bu cinayətlərdə özünü təqsirli bilmədiyini deyən Ziya kazımov işgəncələrdən sonradan xəbər tutduğunu bildirib:

 

04 may 2017-ci il tarixdə II ordu Korpusunun snayper üzrə cavabdeh şəxsi mayor Ülvi Rəşidov həmlə taborunun və snayper bölüyünün yerləşdiyi hərbi şəhərcikdə mənə  həmlə taborunun və snayper bölüyünün yerləşdiyi binanın zirzəmisində nümayiş dərsi keçmək üçün bir otaq hazırlamaq lazım olduğunu, bununla bağlı göstərişin 212 nömrəli hərbi hissənin komandiri, general Mayis Bərxudarov tərəfindən verildiyini və gəlib baxacağını dedi.

Hansı qaydada olacaq və “tələblər nədir” deyə tapşırığı dəqiqləşdirməyə çalışdım. Ətraflı məlumat istədim. Ülvi Rəşidov mənim 052 nömrəli hərbi hissədə sorğulama kursu keçdiyimi və orada sorğulamaq ücün nümayiş otağının hansı qaydada hazırlandığını bildiyimi, məlumatlı olduğum üçün həmin məqsədlə bu nümayiş dərsi üçün göstərişi məhz mənə verdiyini dedi.

Məlumat üçün bildirim ki, 052 nömrəli hərbi hissəyə qəbul zamanı kursun belə bir mərhələləri var. Əsir düşmə, qadağan olunmuş məlumatı bildirməmək üçün təlim xarakterli dindirlmə və dindirilməyə qarşı-qoymadır, əsarətdən qaçma-xilasolma, həyatda qalma və dost xətlərə dönüş aiddir.

Dindirilmə otağının adı da “dindirilmə otağı”dır. Bizim müstəntiqimiz Ceyhun Hüseynov isə təziqlərlə ifadə aldığı 218 nömrəli hərbi hissənin dindirilmədən xəbəri olmayan, yəni bu kursu görməyən qoşun xüsusi təyinatlılarına şişirtmə və təzyiqlə sorğulama, dindirmə otağına isə sorğu otağı, vahiməli otaq kimi şişirtmə adlar qoymuşdur.

Bizim kurs 502 ya da 503 nəfərlə başlamışdı. Kursu bitirən 8 nəfər olduq. XTQ tarixində ən çox dindirilən və dindirməyə qarşı qoyanda biz 8 nəfər olmuşuq. Xidmət etdiyim 10 ilə yaxın müddətdə Xüsusi Təyinatlı Qüvvələrdə və Türkiyədə bunu qadağan olunmuş məlumatı bildirməmək üçün təlim xarakterli dindirlmə və dindirilməyə qarşı qoyma dərsi olaraq mütəmadi şəkildə hər il dərs rübündə işləmişik. Bu mənə “dindirilmə otağı hazırla” deyilən ilk tapşırıq deyil. Dindirilmə otağında stol, stul, şam, dindirmə anketləri, dindirilmə təlimatı, deyilənləri yazmaq üçün vərəqlər və qələmlər, doğrunu danışma iynəsi olan tibbi ləvazimatlar qutusu, elektrik vermək üçün cihaz, yalan maşını və.s olur. Məndə əldə olan vasitələrlə həmin nümaiş otağını hazırlamaq üçün 879 nömrəli hərbi hissənin yerləşdiyi ərazidə olan 3 mərtəbəli binanın zirzəmisindəki otağı seçdim.

 

05 may 2017-ci il tarixdə o, xidmət yerində, yəni snayper bölüyündə olarkən mayor Ülvi Rəşidovun tapşırığına əsasən 218 nömrəli hərbi hissəyə getmiş, hərbi hissənin içərisində Ülvi Rəşidovu görmüşəm. Onunla bir qədər söhbətləşmiş, söhbət zamanı mayor Ülvi Rəşidov mənə  xidməti yerində, yəni snayper bölüyündə olmasını və özünün də oraya gələcəyini bildirmişdir. O, həmin hərbi hissəyə dirijor formasında gəlmiş, xidmət etdiyi hərbi şəhərciyə daxil olduqdan sonra günorta vaxtı dəqiq xatırlamadığı saatda mayor Ülvi Rəşidov da özünə məxsus “TOYOTA PRADO” markalı, 90-RO-608 dövlət qeydiyyat nişanlı maşınla onun xidmət etdiyi hərbi şəhərciyə gəlmiş aftomobil hərbi şəhərciyin qərargahının qarşısında dayanmışdır. Mayor Üvli Rəşidov və 2 nəfər üzlərində qara maska və əyinlərində qara rəngli forma olan şəxslər maşından düşmüş, onlarla birlikdə bir əsgər gözləri, əli ayağı açıq vəziyyətdə aftomobildən düşmüş bu zaman həmin şəxslər hərbi şəhərciyin qərargahına daxil olmuş, özləri ilə həmin əsgəri gətirmişlər. Yalnız bundan sonra mayor Ülvi Rəşidov ona həmin əsgərin burada nəzarət altında qalacağını, düşmənə işləyib-işləməməsi ilə bağlı sorğu aparılacağını demişdir. Komandir tərəfindən əlavə göstərişlərin mənə veriləcəyini də əlavə etmişdir. Lakin mənə heç vaxt bu proseslərlə bağlı heç bir göstəriş verilmədi.

Bir müddət sonra o həmin binanın zirzəmisinə endim. Orada dəhlizdə əsgərin ayaqüstə divara söykənmiş halda gördüm. Sonuncunun yanında olan bir nəfər şəxs qara rəngli formada həmin əsgərə nəzarət edirdi.  Həmin qara rəngli formada olan şəxsin kim olmasını bilmədim. Daha sonra yenidən yuxarı qalxdım. Mayor Ülvi Rəşidova əsgərin dəhlizdə olduğunu bildirdim.  Bu zaman mayor Ülvi Rəşidov ona bir qədər sonra dəhlizə enib həmin əsgərdən sorğu-sual edəcəyini, heç kimin toxunmamasını bildirmiş, o da bundan sonra zirzəmiyə enib orada 2 nəfər qara maskalı şəxsə Ülvi Rəşidovun tapşırığını çatdırmışdır. Bir qədər keçdikdən sonra mayor ülvi Rəşidovla birlikdə zirzəmiyə endim, hazırladığım sorğu otağına getdik. Mən həmin otağa mayor Rəşidov Ülviyə yuxarı rəis kimi hörmət əlaməti olaraq düşmüşəm. Sonradan adının Cavidan Dadaşov olduğunu bildiyim əsgər həmin otaqda əli, ayaqları və gözləri açıq vəziyyətdə tək stulda oturmuşdu. Otaqda şam yandırılmış, Şamın kənarları az işıqlı, ətraf isə qaranlıq olmuş onlar otağa daxil olandan bir gün öncə mayor Ülvi Rəşidova dediyim tibbi alətlər və KPM markalı qurğu artıq gətirilmiş və həmin otaqda olmuş, həmin cihazların kim tərəfindən və nə vaxt gətirilməsini bilməmişəm. Otağa daxil olanda mayor Ülvi Rəşidov əsgəri danışdıraraq ona suallar verirdi.

Belə ki,  o əsgər Cavidan Dadaşovdan kim olduğunu leytenant Yusif Məmmədovla düşmən istiqamətinə necə keçdiklərini və orada nə etdiklərini soruşmuş, əsgər Cavidan Dadaşovda da leytenant Yusif Məmmədovla düşmən istiqamətinə keçərək onların mövqelərinə yaxınlaşıb leytenant Yusif Məmmədovun erməni hərbi qulluqçusuna atəş açdığını bildirmişdir. Bunu dedikdən sonra mayor Ülvi Rəşidov əsgər Cavidan Dadaşova dediklərini yazmağı tapşırmışdır. Həmin vaxt əsgər Cavidan Dadaşova heç bir qanunsuz təsir və təzyiq edilməmişdir. Daha sonra mayor Ülvi Rəşidovla birlikdə otaqdan cıxıb yuxarı mərtəbəyə qalxdıq, xidməti otağımda olan zaman mayor Ülvi Rəşidov əsgər Dadaşovun düşmənlə əməkdaşlıq etməsini etiraf etməsi barədə mənə məlumat vermək üçün zirzəmidən bir hərbi qulluqçu göndərmişdir. Həmin hərbi qulluqçunun kim olduğunu bilmirəm. Maskalılardan idi. Bundan sonra zirzəmiyə endim həmin otağa daxil olan zaman əsəgr Cavidan Dadaşov mayor Ülvi Rəşidovla söhbət edərək düşmən istiqamətinə keçdikdən sonra leytenant Yusif Məmmədovun düşmən mövqelərinin səngərinə girdiyi bildirmişdir. Əsgər Cavidan Dadaşov ancaq Ülvi Rəşidovla danışmaq istədiyini başqa şəxslərin otaqdan çıxmasını bildirdi. Mən və mühafizədə olan şəxslə otaqdan çıxıb dəhlizdə gözlədim. Sonra mayor Ülvi Rəşidov dəhlizə çıxıb əsgər Cavidan Dadaşovun leytenant Yusif Məmmədovla düşmənlə əlaqələrinin olduğunu etiraf etdiyini qeyd edib, ardınca orada olan qara maskalılara həmin əsgərin yuxarı mərtəbəyə sinif otağına aparılmasını tapşırmışdır. Sonra əsgər Cavidan Dadaşov muhafizədə olan qara rəngli forma geyinmiş üzərində qara rəngli maska olan hərbi qulluqçu tərəfindən sinif otağına aparılmışdır. Xidməti bölməmdə olarkən onun orada yerləşdirilməsinin şahidi olmuşam. Həmin maskalı şəxslər orada Ülvi Rəşidovun əmriylə əsgər C.Dadaşov üçün yataq yeri hazırlatmış və ona yemək vermişlər. Bundan sonra leytenant da hərbi hissənin qərargahına gətirilmiş, onunlada eyni məzmunlu söhbətlər aparıldığının şahidi olmuşam. Sonradan Yusif Məmmədov olduğu deyilən şəxs orada snayper bölüyünün birinci mərtəbəsində, Qapıdan daxil olduqda sağ tərəfdə birinci qapıda əşya otağına aparılmışdır. Həmin şəxsin də sorğu-sual edilməsində iştirak etməmiş, ancaq bəzən maraq üçün dindirmə zamanı girib otaqda proseslərə baxmış orada olduğu vaxt da mayor Rəşidov Ülvi və muhafizədə olan qara rəngli forma geyinmiş üzərində qara rəngli maska olan hərbi qulluqçular tərəfindən Yusif Məmmədova qarşı zorakılıq tətbiq olunduğunu görməmişəm. Mənim orada olduğum vaxtlarda Yusif Məmmədov düşmənlə əməkdaşlıq etmədiyini, əksinə düşməni öldürdüyünü demişdir. Axşam saatlarında Ülvi Rəşidov istirahət üçün 212 hərbi hissəyə getmiş, özüm isə həmin şəhərcikdə istirahət otağında yatmışam. Ertəsi gün, yəni 06 may 2017-ci il tarixdə xidmət yerində, yəni snayper bölüyündə olarkən təxminən saat 18 radələrində hazırda xatırlamadığım hərbi qulluqçu mənə 212 nömrəli hərbi hissənin komandirinin Şəxsi heyətlə iş üzrə müavini polkovnik Elşad Əbilovun gəldiyini demiş, onu qarşılamaq üçün çölə çıxan zaman Elşad Əbilova məxsus xidməti aftomobilin dayandığı və maşından Elşad Əbilovun, 212 nömrəli hərbi hissənin adını xatırlamadığım kəşfiyyat rəisi və 702 nömrəli hərbi hissənin komandirinin şəxsi heyətlə işlər üzrə müavinin düşdüyünü gördüm. Həmin vaxt Elşad Əbilov orada olan maskalı şəxslərə aftomobildə daha bir hərbi qulluqçunun olduğunu bildirdi və onun gətirilməsini tapşırıb özü isə hərbi hissənin qərargahına daxıl oldu. Ondan sonra muhafizədə olan qara rəngli forma geyinmiş üzərində qara rəngli maska olan hərbi qulluqçular tərəfindən aftomobildən leytenant Adil Sabirli əlləri və gözləri bağlı vəziyyətdə gətirildi. leytenant Adil Sabirlini xidmət dövründə bir neçə dəfə gördüyümdən vizual olaraq tanımışam, Adil Sabirlini Zirzəmidə olan otağa apardılar. Elşad Əbilov aşağı düşmədi, sağdan birinci mərtəbəyə daxil oldu. Bir müddət Elşad Əbilovun yanında oldum. Sonra aşağı, yəni zirzəmiyə düşdüm həmin hazırlanmış otağa gəldim, oraya daxil olan zaman leytenant Adil Sabirli yerdə dizi üstə oturmuşdu. Orada olan şəxs və ya şəxslərdən Adil Sabirliyə oturacaq verilməsini istədim. Qeyd olunan vaxt otaqda üzü maskalı şəxslər leytenant Adil Sabirliyə stulda oturmasını istəsələr də oturmadı. Mən otuzdurmaq istədim, özünü yerə atdı. Həmin vaxt leytenant Adil Sabirlidən su istəyib-istəmədiyini soruşdum. Adilin cavabından belə başa düşdüm ki, o özünü XTQ-yə qəbul sınağında olduğunu, bu proseslərində güya sırf onun dözümünü yoxlamaq üçün planlaşdırıldığını düşünür. Daha heç nə deyə bilmədim. Sonradan ifadələrdə gizir Tural Yunisli olduğu deyilən biriylə birlikdə yuxarı mərtəbəyə qalxdım, leytenant Adil Sabirlinin yanında isə kimin mühafizədə dayandığını bilmədim. Bir müddət otağımda oldum. Qara maskalılar arada gəlib standart list alıb gedirdilər, lakin onlara izahat almaları barədə kimin əmr verdiyini xatırlamıram, özüm bu işlərdə olmadığım üçün bununla bağlı əmr verməmişəm. Bir neçə müddət sonra isə aşağıya düşərək leytenant Adil Sabirlinin olduğu otağa daxil oldum, həmin vaxt otağın qapısının qarşısında dayanmış İlkin Ağazadəni gördüm. Otağa daxil olan zaman leytenant Adil Sabirlinin əynində kitel və şalvar olmuş, stolda oturmuş, Sabirli həmin vaxt ayaqyalın olmuşdur. Sonrakı vaxtlarda Adil Sabirlinin dindirildiyi otağa daxil olduqda Sabirlinin otaqda olan maskalı şəxslər tərəfindən döyüldüyünü gördüm həmin vaxt Adil Sabirli də yerdə uzanıqlı vəziyyətdə idi, bu zaman Adil Sabirli nə isə demiş, lakin onun nə dediyini hazırda xatırlamıram. Səhv etmirəmsə söydü. O otaqda olan qara maskalı şəxslər yumruq və təpik zərbələri vurmağa davam edirdilər. Həmin vaxt qara maskalı şəxsləri sakitləşdirməyə başladım, lakin mənə tabeçilikləri olamdığı və tanımadıqları üçün məhəl qoymayıb Adil Sabirlyə yumruq və təpik zərbələri vurmağa davam etdilər. Onların mənim sözlərinə əhəmiyyət vermədiklərini görüb uca səslə “mənə qulaq asın,dayanın” dedim. Lakin onların qulaq asmadıqlarını görüb “məruzə edəcəm” deyib otaqdan çıxdım, birbaşa gedib Ülvi Rəşidova məruzə etdim, ancaq onun nə verdiyini dəqiq xatırlamasam da təqribən kimi gətiriblərsə özləri cavab versinlər, mənlik deyil kimi küskün cavablar verdi. Mən də əlacsız qalıb öz atağıma gəldim. Sonrakı vaxtlarda kapitan Elgün Əliyevi hərbi hissənin ərazisində görüb yaxınlaşdım. Elgünlə birlikdə XTQ-də qrup komandiri olmuşduq. Onları yəni, həm E.Əliyevi həm də Rəşad İsrafilovu kimin göndərdiyini soruşdum. Çünki Rəşad İsrafilovu da orada görmüşdüm. E.Əliyev onları komandirin göndərdiyini bildirdi. Həmin vaxt “komandir” deyərkən kimi nəzərdə tutduğunu bilmirəm. Həmin vaxt komandiri qərargah rəisi Bəkir Orucov əvəz edib. Ona görə də  Elgünün “komandir” deyərkən Bəkiri, yoxsa Mayisi nəzərdə tutduğu bilinmirdi.  Sonra Elşad Əbilovun olduğu otağa getdim, həmin vaxt Elşad Əbilov otaqda Yusif Məmmədovla danışırdı və bir qədər onun yanında qalıb baxdım. Əslində bu hissəni tam xatırlamıram ki, Elşad Əbilova aşağıdakılar barəsində nəsə dedim ya yox. Təxminən 40 dəqiqə müddətinə orada oturdum. Sonra öz xidməti otağıma gəldim. Otağımda olarkən 218 nömrəli hərbi hissənin snayper bölüyündən gizir Ceyhun Abbasov mənim otağına gəlib aşağıda, yəni Adil Sabirlinin olduğu otaqda sonuncunu pis döydüklərini bildirdi. Mən də buna özümün də etiraz etdiyimi orada olanların ona qulaq asmadıqlarını dedim, ardınca bu barədə mayor Ülvi Rəşidova məruzə etməsini bildirdim.  C.Abbasov gedib deyəcəyini dedi. Həmin gün 22 radələrində hərbi hissəyə 212 nömrəli hərbi hissənin qərargah rəisi general-mayor Bəkir Orucovun gəldiyini dedilər. O zaman xidməti otağımdan cıxıb general-mayor Bəkir Orucovu qarşıladım, lakin sonra B.Orucovun yanında qalmayıb kənarlaşdım. Orada olanların içində ən balaca rütbəli mən idim. Ülvi Rəşidovun yanına gəlib dedim ki, qərargah rəisi gəlib qarşılamayacaqsınız? Ülvi Rəşidov dedi ki, mən bu qədər əziyyət çəkmişəm. Nəzərə alan yoxdur. Məni soruşsa, deyərsən ifadə alır. General-mayor Bəkir Orucovun kiminlə nə söhbət etməsini bilmədim,aşağı zirzəmiyə düşməsini də görməmişəm. General-mayor Bəkir Orucovu 879 nömrəli hərbi hissəyə hər dəfə mütəmadi olaraq gəlmişdir. Bu hadisələr vaxtı cımisi bir dəfə qeyd etdiyim vaxtda gəlib. Bəkir Orucov çıxıb getdikdən sonra, artıq buraxılış vaxtı olduğuna görə, yuksək rütbəli kiminsə gəlməyəcəyini düşünüb, ailəli olduğum, ailəmin Beyləqanda yaşadığı üçün hər axşam iş bitəndə evə gedirdim. Həmişəki kimi hərbi hissədən cıxıb, evə getdim. Bölüyümdə tapşırıqdan təzə gəldiyi üçün əksəriyyəti buraxılışda idi. 07 may 2017-ci il tarixdə saat 03 radələrində Ceyhun Abbasov öz istifadəsində olan hazırda xatırlamadığım nömrədən mənim istifadəmdə olan 050-709-30-52 nömrəli mobil telefonuma zəng vurub bir nəfərin öldüyünü bildirdi, sağa-sola zəng etməyə nə olduğunu anlamağa çalışdım. Sonra xatırlamadığım aftomobillə kimsə ilə, hərbi hissəyə gələrək dərhal həmin otağa getdim. Otağa daxil olan zaman otaqda çoxlu adam var idi. Adil Sabirli otaqda çılpaq vəziyyətdə uzanmış əlləri, ayaqları yanlara açıq idi. Yer bütün su və palçıq olmuşdu. Adilin nəbzini yoxladım, nəbzinin vurmadığını görüb, ona süni nəfəs verdim. Ürəyin qapalı masajını etdim. Lakin heç bir mənası olmadı, həyata qaytara bilmədim. Sinəsi və qabırğaları sanki qırılmışdı. İçi su ilə dolu kimi gəldi mənə. Sinəsini basdığım zaman boş, su qarışıq xırıltılı hava çıxırdı. Məlumat üçün deyim ki, ilkin tibbi yardım kursunu görmüşəm. Sabirlinin artıq öldüyünü gördüm. Çölə çıxıb bu barədə “motorolla” markalı xususi rabitə vasitəsilə Bəkir Orucova zəng edib Adil Sabirlinin öldüyünü bildirdim. B.Orucov Adil Sabirlini ölməyə qoymamamı, nə olur-olsun yardım göstərməmi, ya tibb məntəqəsinə ya da təcili hosbitala göndərməyimi dedi. Mən Cənab genraldan maşın lazım olduğunu səhv etmirəmsə istədim. Sonra, Elgün Əliyevə, ardıncada Ülvi Rəşidova eyni qaydada məlumat verdim, bundan sonra Bəkir Orucov mənə “motorolla” markalı xüsusi rabitə vasitəsi ilə zəng edib “Elgunə dəmişəm həkim göndərəcək” dedi, bir neçə dəqiqə sonra hərbi hissəyə tibbi yardım afomobili gəlib Adil sabirlinin meyitini hosbitala apardı. Meyidi həmin maşına İlkin Ağazadə təhvil verdi. Ardınca isə gələn maşının feldşeri tribunanın qarşısında yaxınlaşıb mənədn nə edəcəyini soruşdu, mən isə feldşerə yuxarının göstərişi olduğunu və hosbitala aparmalı olduğunu dedim, feldşer də çıxıb getdi. Bir müddət sonra Ülvi Rəşidov gəldi və hadisəni, nə olduğunu soruşdu. Məndə olanları məruzə etdim. Bu proseslər zamanı general Mais Bərxudarovdan, general Bəkir orucovdan, mayor Rəşidov Ülvidən leytenant Adil Sabirlini dindirmə, vurma, öldürmə və.s heç bir tapşırıq almamışam. leytenant Adil Sabirlini vurmamış, söyməmiş, dindirməmişəm. Maraq və tanıdığım üçün bəzi vaxtlarda yanına getmişəm. Həmin vaxtlarda ona kömək məqsədi ilə, stulda oturtmağa çalışmış, su vermək istəmişəm. Onu döyərkəndə qorumağa çalışmışam. Amma orada rəhbərlik etmədiyim üçün, həmin döyən şəxslərin mənə tabelikləri olmadığı, məni tanımadıqları üçün buna nail olabilməmişəm. Bu barədə yuxarı rəisimə isə məruzə etmişəm. Həmin zamanlar üçün əlavə bir şey edə bilməzdim. Elə mənim özümü də çox can yandırdığım üçün dindirilən şəxslərə qatardılar. Öldüyünü dedikləri zamanda gəlib insan olaraq yardım etməyə çalışmışam. Bu hall barəsində də Yunisli, Abutalıbov və digər şahidlərin ifadəsində təsdiqini tapıb. Həmlə taborunda , snayper bölüyündə komandir olsamda birinci bu proseslərə rəhbərlik edən şəxs kimi mayor Rəşidov Ülvini bilirdim. Sonrakı vaxtlarda Ülvinin özünün dediyi kimi bu prosesə qarışmadığının şahidiyəm. Nəzarəti kimin həyata keçirməsindən məlumatım olmayıb. Sabirlini döyən maskalı Şəxslərin kim olduğunu tam olaraq bilmirəm, onların 218 nömrəli hərbi hissənin hərbi qulluqçuları olduğunu bilirəm. Adil Sabirli öldükdən sonra həmin hərbi hissələrdə hansı proseslərin getməsindən xəbərim olmayıb. 879 nömrəli hərbi hissədə hər şeyi yığışdırdılar. Sabirlinin olduğu otağı yığışdıranların kim olduğunu bilmirəm. Bu barədə mən göstəriş verməmişəm. Amma şahid Abutalıbovun öz təşəbüsü ilə cəsədi yuduğunu və kimlərəsə otağı təmizlətdiyini özü hörmətli məhkəməyə ifadəsində bildirib. Mən tərəfimdən göstəriş almadığını qeyd etmişdir. Heç kim qalmadı. Hər kəs gecəylə hara yoxa çıxdı bilmirəm. Düzü Sabirliyə görə nə qədər özümü saxlasam da şokdaydım və o an üçün heç kimə heç nə deyə bilməzdim. Çörək kəsmiş, qonağı olmuşdum. Nə olur olsun bir insan ölmüşdü. Səhəri gün dedilər ki, bölmələrə elan edin bir nəfər leytenant imtahan vaxtı rəhmətə gedib. Sonradan bir qrup adam gəldi.(Bəlkədə bir neçə gün sonra) Prokurorluq və korpudan nümayəndələr də varıydı. Girişdəki dəhlizə çağrıldım. Dedilər kim soruşsa deyin ölən leytenant buradan yıxılıb. Piləkənləri göstərib. Aşağıda da bir yerdə döşəməni zədələyib getdilər. Guya ora nəsə yuxarıdan dəyibmiş kimi.
2017-ci ilin may-iyun aylarında dəqiq xatırlamadığım tarixdə 037 nömrəli hərbi hissəyə hazırda tanımadığım vəzifəli şəxs məni çağırdı. Dedi ki, bura ezam olunursan. Nə ilə çağırdığı yadımda deyil. Telefon və ya növbətçi vasitəsiylə xatırlamıram. Telefonoqrama da ola bilər. Amma rəsmi deyildi. Elə olsa məcbur qalmalı olardım. Ora getdikdə hərbi hissənin ərazisində 60-70 nəfərdən çox adam gördüm, giriş kimi açıqlıq bir yerdə toplanmışdılar. Adi qaydada. Deyəsən, təzə gətirilmişdilər. Sərbəst gördüyümü xatırlayıram. Orada olanlardan yalnız Vurğun Əbilovu və Quliyev Rəsulu səhv etmirəmsə gördüm. Qalanları yadımda deyil. Tanımadığım rütbəli şəxsin yanına gəldim. Mənə dedi ki, bəs səni bura ezam etdiririk bizə dindirmə üçün köməklik göstər. Mənsə iştirak etməmək üçün məzuniyyətə çıxacağımı dedim, sonra oradan çıxdım. Gəlib məzuniyyətimi hazırladıb, məzuniyyətə çıxdım. Sadəcə bu proseslərdə iştirak etmək istəmədim. Orada gördüyüm adam burada olan Məmmədov İntiqam Şərif oğlu və Məmmədov Rahib Ramazan oğlu deyildi. Onları orada görməmişəm. Orada yəni 037 nömrəli hərbi hissədə olmadığımı Vurğun Əbilov, Zaur Əliyev, Rəsul Quliyev daxil bütün zərərçəkmişlər hörmətli məhkəməyə verdikləri ifadələrlə təsdiqləyiblər. 2017-ci ilin may ayının sonlarında, iyun ayının əvvəllərində 037 nömrəli hərbi hissədə düşmənlə əməkdaşlıqla şübhəli bilinən korpusun bəzi əməkdaşlarının qanunsuz formada sorğulanmasından məlumatım olmamışdır. Mən, yalnız ora çağrıldıqdan sonra gedərkən bundan məlumatım olmuşdur. Orada kimlərəsə işgəncə verildiyini görmədim.


Bir neçə ay sonra snayper bölük komandiri vəzifəsinin rütbəsini azaltdılar. Mən artıq o bölükdə qala bilməzdim. Onun üçün də snayper bölük komandiri olduğum müddətdə snayper fəaliyyətləri ilə düşmənə verdiyim itkilərə görə qərargah rəisi kursuna göndərildim. Döyüş məlumatlarında öldürdüyümüz ermənilərin ad və soyadına qədər var. 163-ə qədər məlumat daxil olub. Olardan il yarım ərzində bir bölüyə qədərini təsdiqli olaraq bir-bir vurmuşuq. 07 fevral 2018-ci il tarixdən 24 yanvar 2020-ci il tarixədək 218 nömrəli kəşfiyyat taborunun qərargah rəisi vəzifəsinə təyin edilmiş və xidmət etmişəm. Lakin xidməti yerimə getmədən prokurorluğa çağırıldım. Saatlarla, günlərlə nə evə gedə bildim, nə işə. İndiyə qədər adımdan verilən heçbir ifadəni öz dilimdən səsləndirməmişəm. Həmin vaxt verilən ifadələr. Ülvi Rəşidov və 218 nömrəli hərbi hissənin qulluqçuları tərəfindən verilib. Mən gələndə artıq mənə təsdiqlətməyə çalışırdılar. Əgər Ənvərlidə mesajlar tutulmasa işi tamamilə mənə yıxacaqdılar. Çünki oların içində bir tək mən yad idim. Kənardan 052-dən gəlmişdim. Hansı ki, o vaxt bəyənilmirdik. Korpusda snayper fəaliyyətində ad çıxartmışdıq. Bölməmi belə 218-dən heç kimin görməyə gözü yox idi. Prokurorluqda ifadəm dediyim kimi hazır idi. Verdilər, oxudum. Arada soruşurdular, guya ifadəni indi verirəm kimi görünürdü.  Sonda bitirəndə razı olmadım. Dəfələrlə və günlərlə ifadəmi verməyə çalışdım. Hər dəfə bir sözü dəyişib, başqa cür və başqa vərəqdə qarşıma gətiridilər. Hətta üzləşmələri belə dəyişib saxtalaşdırdılar. Nə qədər getmək olardı, nə qədər ifadə vermək olardı. Axırda bir gün gəldilər ki, bəs razılaşdırılıb. Nə yazıblarsa deyilib, qol çəkin, yaxşı olacaq. Dedim, razı olaram. Amma dəyişiklik etməklə. Minnətlə bir ordan bir burdan dəyişdi, çıxartdı. Səhv yazılmışdı. Yenə eyni təkrar. Axırda gətirdilər, qol çəkdim. Sonra baxıram. Arada yorğunluğumdan istifadə edib vərəq atıblar araya. Yenidən razılaşmadım. Apardılar ən baş otağa. Orada kimlər vardısa aldılar araya başladı biri qandal çıxarmağa biri nəsə sənəd hazırlamağa ki, tuturuq bu dəqiqə. Həyat yoldaşının nömrəsini ver deyək ki, tutulub və.s şərəfsizliklər elədirlər.  Nəsə təzyiqlə nəyi imzalatdılar, heç bilmədim. Bezmişdim. Dedilər get, əşyalarını yığ, gəl səhər həbs olunacaqsan”.

 

 

Elmar Elnuroğlu

Gununsesi.info