
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İngiltərədə Lionel Buckett adlı şəxs ailəsindən miras qalmış ərazidə gəzərkən qarşısına bir mağara çıxıb. Kənardan maraqlı görünüşə sahib mağara Lionelin diqqətini çəkib. O, mağaranı lüks evə çevirib
Malikanəyə çevrilmiş mağara qonaq otağı, yataq otağı, kiçik mətbəx, spa və duş kabinasına sahib hamam otağından ibarətdir. Girişində daşdan hazırlanmış heykəl qoyulan mağaranın divarlarında ibtidai icma dövrü incəsənətini xatırladan rəsmlər həkk olunub. Ümumi quruluşa heç bir dəyişiklik etməyən Lionel ətraf mühit ilə əlaqəni kəsmək istəmədiyini açıqlayıb. O, mağaranın pəncərələrini və qapılarını iki qat şüşədən hazırlayaraq təbiətin ecazkar mənzərəsini sanki məkanın içərisinə gətirib.
Sadə, eyni zamanda zövqlə dizayn olunmuş mağara turistlərin diqqətini çəkməkdədir. Bu kiçik “malikanə”nin bir gecəlik kirayə haqqı 960 dollardır.
Gununsesi.info