Adil Kərimli: “Tapşırıq və iradlarımıza əməl etməyənlərin fəaliyyətinə son qoyulacaq”

  • By admin
  • 07 Aprel 2023 12:45

Mədəniyyət nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Adil Kərimli Mədəniyyət Nazirliyində olan islahatlar barədə danışıb.

Adil Kərimli APA-ya açıqlamasında tapşırıq və iradlara əməl etməyənlərin fəaliyyətinə son qoyulacağını deyib.

“Bizim tapşırıqlarımızı lazımi səviyyədə yerinə yetirməyənlər, Azərbaycan mədəniyyətinə xidmət baxımından uyğunsuz fəaliyyət göstərənlər, bu missiyanın öhdəsindən gələ bilməyənlər bizdən ayrılacaq”, – o deyib.

Gununsesi.info