Adil Kərimli direktoru işdən çıxarıb

  • By admin
  • 02 Fevral 2023 14:16

Mədəniyyət Nazirliyində üç nəfər işdən çıxarılıb.

Gununsesi.info xəbər verir ki, bununla bağlı mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən, nazirin birinci müavini Adil Kərimli müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Mədəniyyət Elmi-Texniki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli vəzifəsindən azad edilib.

Eyni zamanda, digər əmrlə direktorun müavini və şöbə müdiri də işdən çıxarılıblar.

Gununsesi.info