Adil Öksüz sərbəst buraxılıb

Adil Öksüz sərbəst buraxılıb

OKSUZ

 

FETÖ-nun dövlət çevrilişinə cəhdi zamanı Ankaradakı Akıncı Əsasında nəzarətə alındıqdan sonra Ankara Qərb 2. Sülh Cəza Hakimi Köksal Poladın sərbəst buraxdığı FETÖ-nün “Hava qüvvələri imamı” olduğu irəli sürülən Adil Öksüzün ifadə sorğulaması ortaya çıxıb.

Gununsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, Öksüz, Hakim Poladın verdiyi ifadəsində prokurorluqda verdiyi ifadəni təkrar edərək, əlavə edəcəyi xüsusi nəsə olmadığını bildirib. Hakim Çelik, “Silahlı terror təşkilatı qurma və ya idarə etmə, Konstitusiyanı pozmağa təşəbbüs etmə günahıyla bərabər, eyni zamanda bu cinayəti gizləmə, başqa bir cinayətin dəlillərini gizləmək və yaxud tutulmamaq məqsədiylə öldürmə cinayətindən” məhkəməyə sövq edilən Öksüz haqqında sərbəst buraxılma qərarı verib.

HSYK Təftiş Heyəti Sədrinin hesabatı istiqamətində vəzifədən alınan Poladın Öksüzlə bağlı qərarı diqqəti çəkib.

Polad, Öksüzün ittiham edildiyi cinayətlərə dair konkret dəlillər tapıldığının vurğulayaraq:  “Mövcud konkret dəlil var idisə də sabit yaşayış yerini dəyişməməsi, qaçma və dəlilləri ortadan yox etmə ehtimalının olmaması, cinayət xüsusiyyətinin dəyişmə ehtimalı ilə fayl həcmi nəzərə alınaraq, Respublika Prokurorluğunun həbs tələbinin rədd edilməsi qəbul edilərək, onun həbssiz mühakimə üzrə başqa cinayətə məhbus və ya hökmlü deyilsə, sərbəst buraxılması” şəklində qərar verildiyini bəyan edib.

Gülnaz Qənbərli

Gununsesi.info

COMMENTS