Adil Qeybulla Bəxtiyar Hacıyevi müayinə edib

  • By admin
  • 17 Fevral 2023 20:08

“Bəxtiyar Hacıyevin vəziyyəti qənaətbəxş deyil”.

Gununsesi.info xəbər verir ki, bunu fevralın 17-də həbsdə 39 gündür aclıq aksiyası keçirdiyi deyilən ictimai fəal Bəxtiyar Hacıyevə baş çəkən həkim Adil Qeybulla AzadlıqRadiosuna bildirib.

Onun sözlərinə görə, Hacıyev ona təklif edilən sistemdən imtina edib:

“Vəziyyətini yaxşı hesab etmək olmaz. Çəki itirib”.

Professor Adil Qeybulla bundan əvvəl də Hacıyevin yaxınlarının rəsmi qurumlara müraciətindən sonra onu həbsdə müayinə edib.

Gununsesi.info