
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının yeni strukturu təsdiqlənib.
Yeni sərəncama görə, administrasiyaya gənclər siyasəti və idman məsələləri şöbəsinə Yusuf Məmmədəliyev müdir təyin olunub.
Gununsesi.info Azxeber.com-a istinadən xəbər verir ki, yeni şöbə müdiri respublikanın əməkdar elm xadimi, kimya elmləri doktoru, professor, SSRİ Dövlət Mükafatı laureatı Yusif Heydər oğlu Məmmədəliyevin nəvəsidir. O, babasının adını daşıyır.