Adnan Oktar bu gün ilk dəfə hakim qarşısına çıxacaq - FOTO

  • By admin
  • 17 Sentyabr 2019 15:05

Ötən il bir sıra cinayətlərdə ittiham edilərək saxlanılan təriqət lideri, “Harun Yəhya” ləqəbli Adnan Oktar bu gün ilk dəfə İstanbulda Silivri Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılacaq.

Gununsesi.org-un “Cnnturk”ə istinadən verdiyi xəbərə görə, 226 şübhəli barədə 24 ayrı cinayət maddəsi əsasında ittiham irəli sürülüb. İttiham aktı 3 min 908 səhifədən ibarətdir. 

Prosesin ilk günündə Oktar da daxil olmaqla 164 şübhəli şəxs ilə vəkilləri qatılıb. 

Xatırladaq ki, 2018-ci il 11 iyulda səhər saatlarında İstanbul daxil olmaqla, eyni anda 4  ünvanda keçirilən xüsusi əməliyyatla Adnan Oktarla yanaşı 235 müridi də saxlanılmışdı.

Əməliyyatdan bir neçə gün sonra isə Adnan Oktarın İstanbulun Çəngəlköy səmtindəki 30 hektar ərazini əhatə edən 100 otaqlı villasından isə külli miqdarda pul, müxtəlif silahlar və digər əşyalar maddi sübut kimi polislər tərəfində müsadirə edilib.

 

Gununsesi.org