
Adnan Oktarın “kedicik”ləri kimi tanınan Ceylan Özbudak, Aylin Kocaman və Damla Pamir “Habertürk”den Özge Mine Sarıçama danışıb.
Gununsesi.info-nun verdiyi məlumata görə, Adnan Oktarın A9 TV-də aparıcılıq etdiyi İslami proqramlarda bütün Türkiyəyə “kedicik”lər kimi tanınan cazibədar qadınlarla etdiyi söhbətlər, xüsusilə də onların geyim tərzləri hər dəfəsində böyük rezonansa səbəb olur. Çünki “kedicik”lər dişiliklərini gizlətmir, əksinə bunu daha qabarıq formada təqdim edirlər. Və bu zaman müsəlman qadını olduqlarını bəyan edirlər.
Məhz elə bu sədəbdən də onların nə etməyə çalışdıqları ərsəriyyət tərəfindən anlaşılmır. Nəzərinizə çatdıraq ki, Özge Mine Sarıçama müsahibə verən “kedicik”lər – Ceylan Özbudak, Aylin Kocaman və Damla Pamir universitet məzunlarıdır.
Məsələnin maraqlı tərəfi ondadır ki, “kedicik”lərdən Aylin Kocaman “Bu günə qədər çox yanlış müsəlman qadını obrazı var, biz bu düşüncə tərzini qırmağa çalışırıq” deyə bildirib: “Qapalı qadınları da qucaqlamaq istəyirik, dekoliteliləri də. Xristianları, musəviləri, hətta ateistləri də qucaqlayırıq. Bir sözlə, müsəlmanlığı doğru təmsil edəcək görüntü verməyimiz gərəklidir”.
Damla Pamir isə bu qənaətdədir ki, bir insanın baxımlı olması, onun qarşısı tərəfə dəyər verdiyini göstərir: “İnsanın Allahın təcəllisi olaraq özünə, bədəninə daim diqqət göstərməsi lazımdır. Allah da bunun üçün biz. bir çox imkanlar yaradıb. Peyğəmbərimizin dövründəki qadınlar da çox baxımlı olub, xınadan və pomadadan istifadə edərlərmiş. Bizi görənlər başı açıq bir qadının da müsəlman kimi yaşaya biləcəyini görür”.
Ceylan Özbudak isə hesab edir ki, yanlış müsəlman qadını obrazı savadsızlıqdan irəli gəlir: “”Ərəb dilini bilən birindən daha yaxşı biləcəksiniz?” deyə sual verə bilərsiniz. Amma Misirdəki, Tunisdəki xanımların böyük bir qismi oxuma, yazma bilmir. Əfqanıstandakı qadınlar da. Burdakı qadınlara baxın, müsəlmandırlar, lakin bir dəfə də olsun Quran oxumayıblar. Quran oxumadan müsəlman olub, dini başqalarından öyrənirlər. O eşitdiyi dini məntiqi də öz övladlarına öyrədir. Müəllimimiz (Adnan Oktardan söhbət gedir) də qadınların baxımlı olmasını çox təşviq edir. İntellektual qadınların əksəriyyəti çox baxımsızdır. Halbuki buna gərək yoxdur”.
Gununsesi.info