Adnan Oktarın vəkilləri ilə görüşməsinə niyə qadağa qoyuldu? - FOTO

Mütəşəkkil cinayətkar dəstə ilə bağlı iş üzrə həbs cəzası alan və hazırda həbsdə olan Adnan Oktarın vəkilləri ilə keçirdiyi görüşlərin məhdudlaşdırılmasına qərar verilib.

Gununsesi.info xəbər verir ki, Oktarın bir ay ərzində 290 dəfə vəkillərlə görüş keçirdiyi bildirilib. Onun vəkilləri ilə görüşləri 3 ay müddətinə məhdudlaşdırılıb.

İstanbul Baş Prokurorluğu tərəfindən Oktarın vəkil görüşləri zamanı təşkilatın fəaliyyətinin davam etdirilməsinin qarşısının alınması üçün tələblər irəli sürülüb.

Məhkəmənin bununla bağlı verdiyi qərarda bildirilib ki, Oktar bir ay ərzində təxminən 290 dəfə, eyni gündə 10 dəqiqəlik qısa fasilələrlə müxtəlif vəkillərlə görüşüb. Qeyd edilib ki, bu görüşlər özünümüdafiənin təmin edilməsindən daha çox vəkillər vasitəsilə təşkilatın fəaliyyətinin davam etdirilməsinə yönəlib.

Məhkəmə tərəfindən həmçinin Oktarın vəkilləri ilə görüşlərinin səs və ya video yazısı vasitəsilə lentə alınması, Oktarla vəkil arasındakı söhbətlərin izlənilməsi məqsədilə məmur təyin edilməsi, bir-birinə verdikləri sənədləri və ya sənəd nümunələri, aralarındakı danışıqlara dair saxladıqları fayl və qeydlərin müsadirə oluna bilməsi, həmçinin görüşlərin gün və ya saatlarının məhdudlaşdırılması qərara alınıb.

 

Şəbnəm

Gununsesi.info