ADPU-da yeni mətbuat katibi

  • By admin
  • 21 Mart 2021 15:08

Azərbaycan Dövlət Pedaqoji Universitetində rektor Cəfər Cəfərovun imzaladığı əmrlə mətbuat işi və ictimaiyyətlə əlaqələrin təkmilləşdirilməsi, informasiya yayımı və axınının koordinasiyasının optimallaşdırılması məqsədilə yeni “mətbuat katibi” ştatı təsis edilib. 

Gununsesi.info-ya verilən məlumata görə, ADPU-nun məzunu olan mütəxəssis Cavid Hüseynov universitetin Mətbuat katibi (Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı) vəzifəsinə təyin edilib.

HTML tutorial

O, 2019-cu ildən universitetin “Tədbirlərin təşkili və tələbələrlə iş” şöbəsinin mütəxəssisi və sosial və humanitar məsələlər üzrə prorektor köməkçisi kimi çalışıb.

Gununsesi.info