ADR Partiyası Əli Əliyevə azadlıq tələb etdi

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Gununsesi.info xəbər verir ki, toplantıda öncə görülmüş işlər və qərarların icrası nəzərdən keçirili:

HTML tutorial

“İclasda partiyanın noyabrın 10-da İşğalçı rus qoşunları Qarabağda “sülhməramlı” kimi fəaliyyətə başlamasının 2-ci ildönümünə həsr etdiyi tədbir dəyərləndirilib.

Gündəliyin təşkilati məsələlər bölməsində Vaşinqton Smithsonian İnstitunun professoru Nuridə Hidayət Quliyeva ADR Partiyasına üzv qəbul olunub.

İclasda ADR Partiyasının sədri Qubad İbadoğlunun ictimai siyasi vəziyyətə dair geniş məruzəsi dinlənilib və xüsusilə də Ermənistan-Azərbaycan sülh danışıqlarının ətrafında gedən müzakirələr və bununla əlaqədar olaraq İlham Əliyevin son açıqlamaları dəyərləndirilib. “Siyasi partiyalar haqqında” yeni qanun layihəsində edilən son dəyişikliklər müzakirə olunub, siyasi partiyaların qeydiyyatı və fəaliyyəti ilə bağlı dəyişiklər etirazlar doğurduğundan Qanun layihəsinin bu redaksiyada qəbulu yolverilməz hesab olunub.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin şərlənərək saxta ittihamlarla həbs müddətinin sifarişli məhkəmə qərarı ilə 3,5 il uzadılması pislənilib, VİP sədrinə azadlıq tələb olunub.

Partiyanın qarşısında duran vəzifələrə dair keçirilən müzakirələrdə qərara alınıb ki, 18 dekabr 2022-ci ildə ADR Partiyasının növbəti Ali Məclisi keçirilsin.

Sonda cari məsələlərə baxılıb. ADR Hərəkatının qurucularından olan Məlahət Mürşüdlünün xatirəsi anılıb”.

Gununsesi.info