ADR Partiyasının qeydiyyatı ilə bağlı şikayətə Ali Məhkəmə baxacaq

  • By admin
  • 21 Oktyabr 2022 11:18

Ədliyyə Nazirliyinin tanınmış iqtisadçı alim Qubad İbadoğlunun lideri olduğu ADR Partiyasının qeydiyyatından imtinası məhkəmə çəkişməsinə səbəb olub.

Gununsesi.info-nun xəbəinə görə, adıçəkilən partiya bununla bağlı bəyanat yayıb.

HTML tutorial

Bəyanatda deyilir ki, siyasi hakimiyyət  partiyanın qeydiyyatına hər vasitə ilə  mane olmağa çalışır  və  bu  prosesə məhkəmələri də qoşur:

“Belə ki, 27  sentyabr  2022 ci  il  tarixində   hakim Mirzə Tağızadə  ADR Partiyasının qeydiyyat sənədlərini son 1 il ərzində 4 dəfə geri qaytaran Ədliyyə Nazirliyi ilə bağlı  Partiyanın şikayətinə Apellyasiya Məhkəməsində  baxılmasının  mümkünsüzlüyünə dair qərar çıxarıb.  Partiyanın vəkili ADR-in kassasiya  şikayətini Ali Məhkəməyə təqdim edib. Gözləntilərə görə Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını ləğv edib, işi yenidən birinci instansiyaya qaytaracaq. Burada məqsəd     ADR Partiyasının şikayətini Apellyasiya Məhkəməsi  ilə   Ali Məhkəmə arasında  bir-birinə ötürməklə  Partiyanın Azərbaycanda dövlət  qeydiyyatına alınmaması  ilə  bağlı şikayətini Avropa İnsan Haqları Məhkəməsinə təqdim etməsinə  imkan verməməkdir”.

ADR Partiyası hesab edir ki,  “Siyasi Partiyalar haqqında” yeni mürtəce  Qanun layihəsinin hazırlandığı indiki dönəmdə ADR Partiyasınin qeydiyyatinin suni yollarla əngəllənməsi təsadüfi  deyildir.

 

Günay Təhməzova

Gununsesi.info